“Music Gallery” satıldı

music-gallery-satildi
Oxunma sayı: 6331

Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.

“Qafqazinfo” Fed.az-a istinadən xəbər verir ki, bazarda daha bir iri birləşmə baş verib.

Belə ki, “Music Gallery” şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan “AGA Group”a satılıb.

Əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda “Music Gallery” sözügedən şirkətə məxsusdur.

Qeyd edək ki, “Music Gallery” 1993-cü ildə yaradılıb və Azərbaycanda ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsi sayılır.