Musiqi Forumundan maraqlı görüntülər - Video

musiqi-forumundan-maraqli-goruntuler
Oxunma sayı: 3029

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə Musiqi Forumu keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forumun açılış mərasimi ötən gün “Gülüstan” sarayında baş tutub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən Forumda musiqişünas alimlər, bəstəkarlar, müğənnilər, dövlət və ictimaiyyət nümayəndələri iştirak edir. 

Əməkdaşımız Xəyal Vəlizadənin forumdan çəkdiyi görüntüləri təqdim edirik: