Mustafa Abbasbəyli yeni vəzifəyə təyinat aldı - Yenilənib

mustafa-abbasbeyli-yeni-vezifeye-teyinat-aldi
Oxunma sayı: 14027

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

“Qafqazinfo” Bakupost.az -a istinadən xəbər verir ki, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək.

Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bununla bağlı nazir Adil Kərimlinin Əmr imzaladığı bildirilir.

***

ƏƏSMN-dən “Report”a verilən məlumatda M.Abbasbəylinin vəzifəsindən azad edilməsi təsdiqlənib.

Qeyd edilib ki, M.Abbasbəylinin işdən azad olunmasının səbəbi başqa işə keçməsidir.

Qeyd edək ki, M. Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Agentliyin İdarə Heyətinin sədri idi.