“Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkili effektiv deyil. “Mygov” platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyəti qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar”, - deputat bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər