Narkotikin təsiri altında olan “Range Rover” sürücüsü saxlanıldı - Foto

narkotikin-tesiri-altinda-olan-range-rover-surucusu-saxlanildi
Oxunma sayı: 3567

Bərdə rayonu ərazisində DYP əməkdaşları “Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya “saxla” işarəsi verib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.