Narkotikin təsiri altında soyğunçuluq edən şəxs saxlanılıb

narkotikin-tesiri-altinda-soygunculuq-eden-sexs-saxlanilib
Oxunma sayı: 1630

Səbail rayonu Badamdar qəsəbəsində soyğunçuluq edən şəxs saxlanılıb.

DİN-dən “Qafqazinfo” ya verilən məlumata görə, zərərçəkən paytaxt sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq içərisində mobil telefon və sənədləri olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü İmamverdi Axundov saxlanılıb. O, ifadəsində hadisədən əvvəl narkotik vasitə qəbul etdiyini bildirib.

Faktla bağlı toplanan materiallar istintaqa təqdim olunub, araşdırmalar davam etdirilir. İ.Axundovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.