Nasaz yük maşını yolda sıxlıq yaratdı - Foto

nasaz-yuk-masini-yolda-sixliq-yaratdi
Oxunma sayı: 1651

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, nəticədə də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.