NATO Əfqanıstandakı Qərarlı Dəstək Missiyası qüvvələrini ölkədən çıxarmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Bildirilib ki, çəkilmə prosesinə artıq start verilib.
Qeyd edilib ki, çəkilmə intizamlı, koordinasiyalı və diqqətlə olacaq. Hərbçilərin təhlükəsizliyinin prioritet olacağı prosesdə bunun üçün bütün tədbirlər görüləcək.
Qeyd edək ki, Əfqanıstanda 10 minə yaxın NATO qüvvələri var.
Son xəbərlər
Son Xəbərlər