NATO sabah Kaxovkanı müzakirə edəcək

nato-sabah-kaxovkani-muzakire-edecek
Oxunma sayı: 1806

Sabah NATO-nun Baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Stoltenberq sosial media hesabından açıqlama verib.

O bildirib ki, NATO-ya üzv ölkələrin səfirlərinin də qatılacağı toplantıda Ukraynada baş verənlər və Kaxovka bəndinin vurulması müzakirə olunacaq.

İclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videokonfrans vasitəsilə iştirak edəcək.

Stoltenberq sosial media hesabından verdiyi açıqlamada Kuleba ilə bəndin vurulması ilə bağlı danışdığını, bəndin çökməsi səbəbindən minlərlə insanın evlərini tərk etdiyini və Ukraynanın ekoloji fəlakətlə üzləşdiyini bildirib.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.