Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunan “SUVAR” ekoloji aksiyası növbəti dəfə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, budəfəki aksiya Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin həyətyanı sahəsində baş tutub.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində məktəblilərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.
Qeyd edək ki, bu ekoloji aksiya Naxçıvanda Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.





Son xəbərlər
Son Xəbərlər