Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

uzunluguna-gore-ginnesin-rekordlar-kitabina-dusdu
Oxunma sayı: 1325

İndoneziyanın Sulavesi adasında tapılan dişi torlu piton “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Qafqazinfo” xəbər verir ki, sürünən rəsmi olaraq ən böyük vəhşi ilan üzrə dünya rekordçusu kimi tanınıb.

İbu Baron (baronessa) ləqəbli nəhəng sürünən 7,22 metr uzunluğundadır. Pitonun çəkisi yetkin nəhəng panda ilə müqayisə oluna bilən 96,5 kiloqramdır.

İlanı yerli sakinlərdən alan Budi Purvanto adlı sürünən həvəskarı tapıb.

Qeyd edək ki, İndoneziyada iri pitonlar mal-qara və insanlar üçün yaratdığı təhlükə səbəbindən tez-tez öldürülür və onlar da brakonyerlərin qurbanı olurlar.