Bu telefonların maya dəyəri bahalaşdı - Video

bu-telefonlarin-maya-deyeri-bahalasdi
Oxunma sayı: 553

Ölkəyə idxal olunan bəzi mobil telefonların maya dəyəri dəfələrlə artıb.

“Qafqazinfo”nun “Xəzər” TV-yə istinadən xəbərinə görə, mobil telefonların idxalı ilə məşğul olan Aqşin Məmmədzadə deyir ki, illərdir bu işi görür.

Lakin bu il qüvvəyə minən qanun işləri bir az qəlizləşdirib. Belə ki, əvvəl 8 manat 50 qəpiyə alınan düyməli mobil telefonun qiyməti gömrük və aksiz vergisi ilə birlikdə 15-16 manata başa gəlirdi. Qanunda olan yeni dəyişiklikdən sonra bu qiymət 40 manatı ötür.

Aqşin Məmmədzadənin sözlərinə görə, qanundakı dəyişiklik dəyəri 200 manatdan aşağı olan mobil telefonların satış qiymətinə ciddi təsir edir. Bu səbəbdən də 20 manat tarifi və ƏDV-nin telefonların qiymət bölgüsünə görə hesablanması daha məqsədəuyğun olardı.

Daha ətraflı videomaterialda: