Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava

naxcivanda-turkiye-vetendaslari-arasinda
Oxunma sayı: 4099

Naxçıvan Muxtar Respublikasında Türkiyə vətəndaşı olan bir qrup şəxs arasında kütləvi dava-dalaş olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Naxçıvan Dövlət Universitetinin tələbələri olan 1999-cu il təvəllüdlü U.Dost və S.Abdulrahim döyülüb. Xəsarət alan tələbələrə tibbi yardım göstərilib.

İlkin araşdırma zamanı onların Türkiyə vətəndaşı olan 1997-ci il təvəllüdlü F.Demir və 2001-ci il tvəllüdlü Y.Subaşı tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam Rza