Nazir maddi-texniki təminat hərbi hissəsinə getdi - Video

nazir-maddi-texniki-teminat-herbi-hissesine-getdi
Oxunma sayı: 2060

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov N hərbi hissəsini ziyarət edib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, nazir yeni inşa edilən hərbi obyektə baxış keçirib, tikinti-quruculuq işləri ilə tanış olub.

Nazir hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara xidmətlərində uğurlar arzulayıb. Daha sonra yeni alınan avtomobil texnikası, eləcə də xüsusi texnika və avadanlıqlar general-polkovnik Z.Həsənova təqdim olunub. Müdafiə naziri sürücü heyəti ilə görüşüb və onların qayğıları ilə maraqlanıb.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.