Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı əsas diqqət özəl sektor və dövlət sektorunda idarəetmədə tətbiq olunan müxtəlif metodlar, struktur dəyişikliklərin idarə olunması, düzgün kadr seçimi məsələlərinə yönəlib.
Görüşdə qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi və təcrübə paylaşımı aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.




Son xəbərlər
Son Xəbərlər