Nazirin işdən çıxararaq yenidən DİN-ə qaytardığı general vəfat etdi

nazirin-isden-cixararaq-yeniden-din-e-qaytardigi-general-vefat-etdi
Oxunma sayı: 1386

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, BakiPost.az-a daxil olan məlumata görə, general qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Sonra isə polis general-mayor Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq nazirin müşaviri təyin olunmuşdu.