“Nazirlik 3 milyon insana nəzarət edə bilməz”

nazirlik-3-milyon-insana-nezaret-ede-bilmez
Oxunma sayı: 3635

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması, müəllimlərə hədiyyələrin verilməsi hallarının hələ də qalmasına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə danışıb. O bütün valideynlərə təzyiq göstərə bilməyəcəyini deyib:

“8 Mart ərəfəsində mən valideynlərə müraciət etdim ki, müəllimə pul, gül verməyin. Amma nə müşahidə etdik? Valideynlər gəlib hədiyyələr verdilər. Bu davranış mədəniyyəti valideynlərdə hələ formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz.

Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim?

Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik”.

Gülnar Əliyeva