Nazirlik hərbçilərin qəzaya düşməsi ilə bağlı açıqlama yaydı - Yenilənib

nazirlik-herbcilerin-qezaya-dusmesi-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 7027

Goranboyda hərbi maşın qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Qəza nəticəsində bir neçə hərbçinin yaralandığı bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.

***

Müdafiə Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb. Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.