“Nazirlik nəzarət funksiyalarını yerinə yetirməyib”

nazirlik-nezaret-funksiyalarini-yerine-yetirmeyib
Oxunma sayı: 4056

Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Əli Əsədov iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.

Bildirilib ki, nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib.