Neft Trampın qərarına görə ucuzlaşır

neft-trampin-qerarina-gore-ucuzlasir
Oxunma sayı: 637

ABŞ prezidenti Donald Trampın Qlobal İqlim Sazişindən çıxmasından sonra dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,975 faiz ucuzlaşaraq barelli 50,27 dollar olub. 

WTI markalı neftin iyul fyuçersi isə 0,814 faiz ucuzlaşaraq barelli 47,93 dollardan satılıb. 

İnvestorlar ehtiyat edirlər ki, Trampın bu qərarı ABŞ-da neft quyularının qazılması üçün təhrikedici ola bilər. Bu isə öz növbəsində bazarda “qara qızıl”ın qlobal bolluğuna gətirib çıxaracaq.