Neftçalada Azər Turanın yubileyi qeyd olundu - Fotolar

neftcalada-azer-turanin-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1596

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Ədəbiyyat qəzetinin baş redaktoru Azər Əbilovun (Azər Turan) anadan olmasının 60 illik yubileyi qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, yubiley mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı və Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, ədəbiyyatşünas Elnarə Akimova, kinodramaturq İlqar Fəhmi, Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Həsənoğlu, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailləri, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.

Yubiley mərasimində çıxış edənlər Azər Turan yaradıcılığından və şəxsiyyətinin bəzi məqamlarından söz açıblar, onunla olan xoş xatirələrini bölüşüblər.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçıdır. Azər Turan, xüsusilə Cavidlər ocağının mənəvi varisi olaraq tanınır  və o “Hüsni-xuda şairi Hüseyn Cavid”, “Cavid əfəndi”, “İrfan çobanı”, “Cavidnamə”, “Hüseyn Cavid”, “Əbədi Turan”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Ərtoğrul Cavidin bütün əsərləri: yazıları, rəsmləri, bəstələri, məktubları”, “Mişkinaz Cavid. Cavid haqqında xatirimdə qalanlar” kimi ciddi elmi əhəmiyyətə malik əsərlərin müəllifidir.

Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.