Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi

neftcalanin-icra-bascisi-vetendaslarin-problemlerini-dinledi
Oxunma sayı: 1327

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Beştalı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.  

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  kənddaxili yolların təmir olunması, suvarma suyunda yaranan çətinliklər, su borusunun yenilənməsinə köməklik olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az/ portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.