“Neftçi” evdə uduzur - Canlı-Yenilənir

neftci-evde-uduzur
Oxunma sayı: 4858

“Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə start verəcək.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” ilk oyunda doğma meydanda Belarusun “Dinamo” (Minsk) klubunu qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” “Dinamo” səddini keçəcəyi təqdirdə, III təsnifat mərhələsində Serbiyanın “Jelezniçar” və Portuqaliyanın “Braqa” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. “Neftçi” – “Dinamo” (Minsk, Belarus).

Hakim: Konstantinos Fellas (Kipr).

Bakı, “Palms Sports Arena”.

***

Komandaların start heyətləri bəlli olub:

“Neftçi”: 1. Emil Balayev, 77. Falaye Sako, 55. Andrey Qravillon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klismann, 6. Sessi Dalmeyda, 8. EMin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lubomir Tupta

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu

Baş məşqçi: Yuri Vernidub

“Dinamo”: 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selyava, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan

Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet

Baş məşqçi: Aleksandr Şaqoyko

***

Matç başladı.

***

Emin Mahmudov 2-ci dəqiqədə fərqlənir.

***

Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olur.

***

36-cı dəqiqədə Karen Vardanyan fərqi azaldır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Yevgeni Malaşeviç 47-ci dəqiqədə hesabı bərabərləşdirir.

***

Karen Vardanyan 57-ci dəqiqədə dublunu rəsmiləşdirir.