Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi” və “Qəbələ” bu gün yoxlama oyununda qarşılaşıb.
"Qafqazinfo" xəbər verir ki, 8-ci km stadionunda keçirilən oyun paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.
“Neftçi”yə qələbə qazandıran qolları Mamadu Kane və Yusuf Laval vurub. Əyalət təmsilçisinin heyətində isə penaltini dəqiq yerinə yetirən Nikolas Raysel fərqlənib.
Son xəbərlər
Son Xəbərlər