“Neftçi”nin şikayəti təmin olunmadı

neftcinin-sikayeti-temin-olunmadi
Oxunma sayı: 666

Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”lə keçirilən oyunda qırmızı vərəqə alan Bassalu Sambunya verilən 2 oyunluq cəza qüvvədə saxlanılıb.

Həmçinin klubun 1500 manatlıq cəriməsində də dəyişiklik olmayıb.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü paytaxt klubuna izah edilib.