Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Son xəbərlər
Son Xəbərlər