Şəmkirdə 67 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

semkirde-67-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 351

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

İlkin məlumata görə, hadisədə şübhəli onun qonşusu 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılovdur.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində S. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Yunis Quliyev