Netenyahu Trampla görüşmək üçün ABŞ-yə getdi

netenyahu-trampla-gorusmek-ucun-abs-ye-getdi
Oxunma sayı: 266

İsrailin Baş naziri Benyamin Netenyahu Ağ Ev rəhbəri Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə gedib.

“Qafqazinfo” xəbər verir ki, görüş 29 dekabrda keçiriləcək.

Məlumata görə, Netenyahu Amerika prezidenti ilə Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinə keçid, Türkiyənin Fələstin anklavı üçün beynəlxalq qüvvələrdə iştirakı, eləcə də İranın raket istehsalı müəssisələrinə mümkün hücumla bağlı məsələləri müzakirə etməyi planlaşdırır.

İsrail baş nazirinin ABŞ-də 5 gün qalacağı və səfəri zamanı bir sıra əlavə görüşlər keçirəcəyi, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyi gözlənilir.