“Nəticələrin daha tez yekunlaşacağını gözləyirik”

neticelerin-daha-tez-yekunlasacagini-gozleyirik
Oxunma sayı: 2270

“Bu seçkidə yalnız prezidentliyə namizədlər mübarizə apardığı üçün nəticələrin daha tez yekunlaşmasını gözləyirik”.

“Qafqazinfo” Türkiyə mediasına istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener Ankarada səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

Yener Prezident seçkilərinin Türkiyə demokratiyasına, prezidentliyə namizədlərə və siyasi partiyalara xeyirli olmasını arzulayıb: “ 14 Mayda namizədlər və 24 siyasi partiya var idi. Bu seçkidə yalnız prezidentliyə namizədlər yarışdığından nəticələrin daha tez yekunlaşmasını gözləyirik”.

Qeyd edək ki, Türkiyə vaxtı ilə 08:00-da başlayan səsvermə prosesi saat 17:00-da bitəcək.