Netrebko Rusiyanın Ukraynaya qarşı aqressiyasını qınadı

netrebko-rusiyanin-ukraynaya-qarsi-aqressiyasini-qinadi
Oxunma sayı: 1952

Rusiyanın Xalq artisti, opera ifaçısı Rusiyanın Ukraynaya qarşı aqressiyasını qınayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində ingilis dilində yazıb.

Netrebko qeyd edib ki, Rusiya rəhbərlərindən və ya siyasi partiyalardan heç kəsin müttəfiqi deyil, onun əvvəlki çıxışları isə düzgün təfsir edilməyib. O iddia edir ki, Vladimir Putinlə çox az görüşüb.

Opera ifaçısı, həmçinin bildirib ki, Avstriyada yaşayır və orada vergi ödəyir. 50 yaşlı müğənni mayın sonundan opera və konsert çıxışılarını bərpa etməyi planlaşdırır.

Daha əvvəl bir neçə məşhur teatr Netrebkonun konsertlərini ləğv etmiş, onunla əməkdaşlığa son qoymağa qərar vermişdi. Buna səbəb opera ifaçısının Rusiyanın Ukraynaya qarşı müharibəsinə səssiz qalması idi.