“Qafqazinfo” xəbər verir ki, Kərimova tvitter hesabında video yerləşdirərək “MTŞ paqonları ailəni bu şəkildə atamın yanına buraxmır, anam isə bu eybəcərliyi ört-basdır edir, axmaq millət” şərhini verib.
Bir dəqiqəlik videoda Gülnarənin oğlu İslam Kərimov-Maksudinin və MTŞ əməkdaşının təsvirləri yer alıb. Həmin şəxs prezidentin nəvəsinə “bizim rəis(ehtimal ki, MTŞ sədri Rüstəm İnoyatov) dedi, vəssəlam” cavabını verir. Daha sonra gənc oğlan “buraxmayacaqsınız?” deyə soruşduqda isə həmin şəxs ona keçə bilməyəcəyini deyir: “İndi Allah etməsin, axmağın biri deyəcək ki, “yad adamlar gəlir” və hamısı atəş açacaq”.
Daha sonra MTŞ əməkdaşı Kərimovun nəvəsinə prezident administrasiyasının rəhbəri Zəlimxan Heydəroviçə müraciət etməyi məsləhət görür.
Son xəbərlər
Son Xəbərlər