Niaqara şəlaləsindən qayıdan turist avtobusu kanala aşdı - Ölən və yaralananlar var

niaqara-selalesinden-qayidan-turist-avtobusu-kanala-asdi
Oxunma sayı: 1526

ABŞ-nin Nyu-York ştatında tur avtobusu aşıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Belə ki, turistlər Niaqara şəlaləsini ziyarət etdikdən sonra Nyu-Yorka qayıdırdılar. İçərisində 50 sərnişin olan avtobus magistral yolda yüksək sürətlə hərəkət edərkən sürücü naməlum səbəbdən idarəetməni itirib və avtobus sürüşərək kanala aşıb.

Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.