Ağstafada növbəti vətəndaş qəbulları keçirildi - Fotolar

agstafada-novbeti-vetendas-qebullari-kecirildi
Oxunma sayı: 554

Ağstafada vətəndaşların növbəti səyyar qəbulları Vurğun qəsəbə və Həsənsu kənd yaşayış məntəqəsində keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbullarda icra başçısının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdən söz açan RİH başçısı Seymur Orucov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsində əsas məqsəd əhalini maraqlandıran məsələləri daha dərindən öyrənmək və araşdırılan narahtlıqları operativ qaydada aradan qaldırmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Hər bir məsələ ilə bağlı müzakirələr aparılıb, həlli istiqamətində qanunamüvafiq qaydada zəruri tədbirlərin görülməsi qərara alınıb.