Belarus Prezidenti Aleksandr Lukaşenko öz iqamətgahının həyətində qar təmizləyib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının digər işçilərlə birlikdə bellə qarı təmizlədiyini əks etdirən görüntüləri “Pul Pervovo” teleqram kanalı yayımlayıb.
“Bəzən nahar etmək əvəzinə işləmək faydalıdır. Birinci (A.Lukaşenko - red.) qar təmizlənməsində”, - paylaşımda deyilir.
Qeyd edək ki, ötən gün Belarusda güclü qar yağacağı proqnozu ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib.
Son xəbərlər
Son Xəbərlər