“Niaqara”dakı yanğın söndürüldü - FHN-dən açıqlama + yenilənib

niaqaradaki-yangin-sonduruldu
Oxunma sayı: 1341

Paytaxtda yerləşən "Niaqara" restoranında yanğın hadisəsi baş verib.

"Qafqazinfo" PrimeTime.Az-a istinadən xəbər verir ki, restoranın həyətində başlayan yanğını söndürmək üçün 3 yangınsöndürmə maşını cəlb olunub. Yanğın davam edir.

***

FHN yanğınla bağlı açıqlama yayıb. Bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli “Niaqara” şadlıq evinin damında quraşdırılmış havatəmizləyici qurğu və tüstü bacasında yağ qalıqları yanıb. Şadlıq evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21.32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.