“Nilay” əməliyyat olundu

nilay-emeliyyat-olundu
Oxunma sayı: 4657

Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə “Nilay” obrazını canlandıran aktrisa Feyza Civelek əməliyyat olub.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

“Qolumla bağlı əməliyyata girirəm. Dualarınızı əsirgəməyin”, - paylaşımda qeyd edib.

Qeyd edək ki, aktrisa ötən ay qolunu sındırdığını açıqlamışdı. Serialın son bir neçə bölümünə də qolu sarğılı çəkilmişdi.