Şamaxıda nisyə mal almaq istəyən şəxslə market sahibi arasında dava baş verib.
“Qafqazinfo”nun məlumatına görə, 35 yaşlı kişi 14 fevralda axşam saatlarında şəhər ərazisindəki “Bəyaz” marketə gedib.
İttihama görə, o, market sahibindən nisyə mal verməsini istəyib. Lakin dükan sahibi ondan marketi tərk etməsini tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və həmin şəxs əsəbiləşərək küçəyə çıxıb, uca səslə söyüş söyüb.
Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq intizamlı olmasını tələb ediblər. O, polis əməkdaşlarına müqavimət göstərdiyi üçün polis orqanına aparılıb. Tibbi müayinə zamanı şəxsin orta dərəcəli sərxoşluğu müəyyən edilib.
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Şamaxı Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə həbs edilib.
Amin Nəzərli
Son xəbərlər
Son Xəbərlər