Niyə iPhone 13 iş və əyləncə üçün “Olmazsa olmaz” hesab olunur? - Foto

niye-iphone-13-is-ve-eylence-ucun-olmazsa-olmaz-hesab-olunur
Oxunma sayı: 2841

iPhone 13-ün funksiyalarına ümumi baxış: Bu modeli hamıya uyğun edən nədir?

“Apple” şirkəti “iPhone 13”ün baza versiyasını 2021-ci ildə təqdim etdi. Bu model daha yaxşı kamera, güclü “A15 Bionic” prosessoru və əvvəlki modellərlə müqayisədə daha həcmli batareya ilə təchiz edilmişdi. Bu məqalə “iPhone 13”ün kimlər üçün əvəzedilməz qadcet olmasından və onu hamıya uyğun edən amillərdən bəhs edir.

iPhone 13” smartfon silsiləsinin baza versiyası özündən əvvəlki modellərdən bizə yaxşı tanış olan dizaynı mənimsəyib. Bura düz kənarlar, möhkəm, şüşə arxa panel və minimum sayda texniki dəliklər daxildir. Smartfonun korpusu möhkəm aviasiya alüminindən hazırlanıb. Ən çox dəyişikliklər kameralarla bağlıdır: artıq arxa paneldəki kamera diaqonal şəkildədir, displeydə yerləşən ön kameranın altındakı çıxıntı isə nisbətən daha balaca olsa da, yüksək səviyyəli çəkiliş keyfiyyətini və “Face ID” ilə smartfonun açılması funksiyasını qoruyub saxlayıb

iPhone 13”ün displeyi artıq daha parlaqdır. Daha hətta birbaşa günəş şüaları belə cihazdan istifadə etməyə mane olmur, mətn və təsvirlər isə dəqiq və canlı görünür. Bu isə smartfondan daha çox qeyri-ofis şəraitində istifadə edənlər üçün xüsusilə rahatdır. Məsələn, bu model vasitəsilə sürücülər çətinlik çəkmədən naviqatordan yararlana, telefondan istifadə edən blogerlər və ya rejissorlar isə küçə çəkilişləri zamanı daha yaxşı kadrlar əldə edə bilərlər. 

Özün öz rejissorun ol

iPhone 13” kamerası daha çox işıq udur ki, bununla da, kifayət qədər işıqlanmanın olmadığı gecə şəraitində və ya qaranlıq məkanlarda həm detalizasiyanı artırır, həm də kənar səsləri azaldır. Əgər həvəskar fotoqraf və ya sadəcə keyfiyyətli şəkil həvəskarısınızsa, “iPhone 13” smartfonlarının kameraları kompaktlığı və heç bir təlimatsız istifadə sadəliyi sizin üçün idealdır.   

Yeri gəlmişkən, zəif işıqlanma şəraitində ştativdən və ya əl üçün dayaqdan istifadə etmək tövsiyə olunur. Bu, kiçik titrəmələrin və kadrın pozulmasının qarşısını alır.

“iPhone 13”ün əsas özünəməxsusluğu olan “kino rejimi” sayəsində özünüzü peşəkar videooperator kimi hiss edəcəksiniz. Bu effekt sayəsində kamera avtomatik olaraq kadrdakı obyektlərə fokuslanır, çəkilmiş materialda kadrın kəskinliyini və dərinliyini dəyişir. Nəticədə, video düzgün işıqlanmaya və vurğulara malik qısametrajlı filmə çevrilir.

Sevimli məşğuliyyətlər üçün yeni imkanlar

Bu modelin yüksək effektivliyi smartfonla eyni zamanda bir neçə iş yerinə yetirməyə, heç bir ləngimə və dayanma olmadan paralel olaraq bir neçə tətbiqdən istifadə etməyə imkan verir. “Reels” və ya “TikTok” üçün videoçarxın üzərində işləyirsiniz? Fotosessiyada çəkilmiş fotoları emal edirsiniz? Sevdiyiniz onlayn oyunu oynamaq istəyirsiniz? “iPhone 13” hətta ağır tətbiqlərin və mobil oyunların da öhdəsindən gələ bilir.  

“iPhone 13”ün enerji tutumluluğu da artıb: bir dəfə şarj edilmiş batareya 19 saat fasiləsiz videoya baxmağa və ya 75 saat musiqi dinləməyə imkan verir. Bu müddət ərzində Marafon qaçışını 18 dəfə tamamlaya, yaxud Əbu-Dabi və Nyu-York şəhərləri arasında 5 dəfə gedib-qayıda bilərsiniz. Smartfon naqilsiz cihazlar və ya “MagSafe” cihazı ilə şarj etməni dəstəkləyir.

“iPhone 13” kimlər üçün uyğundur?

“iPhone 13” “Apple” texnikasından istifadə təcrübəsi olmayanlar, ilk smartfon modelini əldə etmək istəyənlər və ya yaxınlarına hədiyyə almaq istəyənlər üçün optimal seçimdir. Smartfon istənilən işıqlanma şəraitində çəkiliş aparmağa imkan verən, balanslaşdırılmış və yüksək keyfiyyətli çəkilişi təmin edən kameraya malikdir. Yaddaqalan dizayna malik bu smartfonun texniki xüsusiyyətləri eyni zamanda bir neçə iş görməyə imkan verir. Modelin rəng palitrasına 5 rəng daxildir: Pink, Blue, Midnight, Starlight və (PRODUCT)RED.

Martın 26-dək "iPhone 13” smartfonlarını rəsmi resellerlərdən 1699 AZN-dən başlayan qiymətlərlə əldə etməyə tələsin: iSpace, Kontakt Home, Irshad, Baku Electronics, Maxi.