Niyə köhnə binalara ipoteka krediti ayrılmır?

niye-kohne-binalara-ipoteka-krediti-ayrilmir
Oxunma sayı: 1534

Bankların köhnə binalara ipoteka krediti verməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş direktor Şahin Mahmudzadə Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında danışıb.

O qeyd edib ki, kredit verilərkən binanın ortalama istismar müddəti nəzərə alınır.

“Əgər bu, köhnə binadırsa, ipotekanın bitmə müddəti və binanın istismar müddətinin bitməsi nəzərə alınır. Məsələn, 70 illik binadırsa, onun 60 ili keçibsə, kredit də 25-30 illik verilir. Ona görə də kreditin bitmə müddəti istismar müddətini keçməməlidir”, - Ş.Mahmudzadə vurğulayıb.

Gülnar Əliyeva