Nizaməddin Quliyevin qardaşı oğlu faciəvi şəkildə öldü - Foto

nizameddin-quliyevin-qardasi-oglu-facievi-sekilde-oldu
Oxunma sayı: 10317

Bu gün Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində dünyasını dəyişib.

C.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Fotoda Nizaməddin Quliyev