“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, payız mövsümü ilə əlaqədar 18-27 oktyabr tarixlərində respublikanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da ağacəkmə aksiyaları təşkil edilir.
Aksiya çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər öncədən müəyyən edilir, yerli iqlim şəraitinə uyğun olan eldar şamları, dekorativ kollar əkilir, qazonlar döşənir, əsas prospektlərin kənarlarında gül kollarından ibarət kompozisiyalar yaradılır.
Qeyd edək ki, rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıq işləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər