Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir - Foto

Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir
Oxunma sayı: 561

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nizami rayonunda zəruri tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində gündəlik olaraq qrafikə uyğun dezinfeksiya işləri aparılır, eyni zamanda maarifləndirici tədbirlər görülür, vətəndaşlarla söhbətlər aparılır, onların özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaqları tövsiyə edilir.

Bundan əlavə, Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan yaşı 65-dən yuxarı olan tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə yardım göstərir.

Ötən gün Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP Nizami rayon təşkilatının əməkdaşları könüllülərlə birgə yaşı 65-dən yuxarı olan 50 nəfər tənha şəxsə və aztəminatlı ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar və yaşlı insanlarla maarifləndirici söhbətlər apararaq sağlamlıqlarının qorunması üçün evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələrini tövsiyə ediblər.
 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi