“Nizami”də əlil arabaları üçün qurğu istifadəyə verilir - Fotolar

nizamide-elil-arabalari-ucun-qurgu-istifadeye-verilir
Oxunma sayı: 1122

Bu gün 10:30-da “Nizami” stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, “Əlçatan metro” layihəsi ilə bağlı həmçinin uşaq arabalarının, ahıl, yaşlı, eşitmə və görmə, eləcə də metrodan istifadə imkanları məhdud digər insanların daşınması ilə bağlı məlumatlar veriləcək və suallar cavablandırılacaq.