Norveç Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə qoşularaq yeni sanksiyalar tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Sanksiyaların yeni raundu əsasən Aİ-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur”, - açıqlamada qeyd olunub.
Paket Rusiya ərazisindən hərbi və təhlükəsizlik xidmətlərinin istifadə edə biləcəyi mal və texnologiyaların, aviasiya və kosmik sənaye məhsulları kimi bir sıra malların tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.