Norveçli müğənni Samirə ilə sevgili olmaq istəyir

norvecli-mugenni-samire-ile-sevgili-olmaq-isteyir
Oxunma sayı: 4955

Norveçi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən TIX (Andreas Haukeland) Samirə Əfəndiyə sevgisini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, o, ötən ildən etibarən Əfəndini bəyəndiyini, ona qarşı xüsusi hisslər bəslədiyini bildirib. 

Bundan əlavə, TIX rəsmi instaqram səhifəsində həmkarına həsr etdiyi mahnılar ifa edib. Həmçinin mətbuat konfransında Samirənin “Mata Hari” mahnısı səslənən zaman rəqs edərək ona olan sevgisini bir daha dilə gətirib.

Norveçli müğənni, hətta azərbaycanlı ifaçının qrim otağına gül və hədiyyələr yollayıb. Samirə isə bu jestə cavab olaraq instaqram səhifəsində həmkarına təşəkkür bildirib, ona paxlava, şəkərbura və Azərbaycan istehsalı olan şərab yollayıb.

Əfəndi, həmçinin mətbuat konfransında TIX barədə verilən sualları da cavablandırıb. O qeyd edib ki, həmkarı ilə hələ görüşmə şansı olmayıb:

“Onun etiraflarını eşitmişəm, lakin görüşümüz baş tutmayıb. Onu gördükdən sonra ətraflı danışmaq olar”.

Qeyd edək ki, əksər sosial şəbəkə istifadəçiləri bunun PR kampaniyasının bir tərkibi olduğunu bildiriblər.