Nura “Vogue”un fotoqrafına poza verdi - Fotolar

nura-vogueun-fotoqrafina-poza-verdi
Oxunma sayı: 6253

Pandemiya dönəmində sosial medianın gündəmində olan müğənni Nura Suri yeni işini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, “Düşünürdüm” adlı mahnının söz və musiqisi Buzzza, aranjimanı isə Emin Kərimə aiddir.

Mahnı musiqi platformalarında və sənətçinin “Youtube” kanalında yerləşdirilib.

İfa tərzində və görüntüsündə yeni tərzə üstünlük verən N.Suri fotosessiya da etdirib. O, dünyaca məşhur “Vogue” dərgisinin azərbaycanlı fotoqrafı Elimaxography-nin (Elşən Hüseynov) kamerası qarşısına keçib.

Qeyd edək ki, N.Suri yeni musiqi şirkəti ilə də müqavilə imzalayıb. O, sözügedən mahnıya klip çəkdirməyə hazırlaşır. Sənətçi bildirib ki, il ərzində bir neçə yeni mahnı və klip təqdim edəcək.