Nyu-York çökür...

nyu-york-cokur
Oxunma sayı: 4774

8 milyondan çox insanın yaşadığı Nyu-York şəhərinin bəzi hissələrinin göydələnlərin kütləsi səbəbindən hər il 1-2 millimetr dəniz səviyyəsinin çökdüyü açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Advancing Earth and Space Science” (AGU) adlı qrupun jurnalında dərc edilən araşdırmada qeyd olunub.

Xüsusilə, Manhetten bölgəsindəki göydələnlərin şəhərin geoloji quruluşuna təsiri araşdırılıb.

Araşdırmada sözügedən çöküşün miqyasının kiçik olduğu, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas etdiyi vurğulanıb:

“Sahil şəhərləri qlobal miqyasda böyüdükcə, artan tikinti intensivliyi və dəniz səviyyəsinin yüksəlməsi daşqın təhlükəsinin artması deməkdir”.

Daşqın üçün ən çox risk altında olan ərazilərin Manhetten adasının aşağı hissəsi ilə Bruklin və Kuinsin bəzi bölgələri olduğu qeyd edilib.