“O dələduz icra başçısının qudası deyil...” - Açıqlama

o-deleduz-icra-bascisinin-qudasi-deyil
Oxunma sayı: 7533

Abşeron İcra Hakimiyyəti dələduzluqda təqsirləndirilən Elşən Kərimovun xanım icra başçısısı ilə qohumluq münasibətlərinə aydınlıq gətirib.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, sözügedən şəxs Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova ilə hər hansı bir qohumluq əlaqələrinə malik deyil:

"İradə Gülməmmədovanın Elşən Kərimov adında qudası yoxdur".

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və icra başçısının qudası olduğu deyilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. O, təxminən 60 min dollarlıq dələduzluqda ittiham olunur.