“O ssenarini reallaşdırmağı Tanrı Prezidentin taleyinə yazıb...” - Video

o-ssenarini-reallasdirmagi-tanri-prezidentin-taleyine-yazib
Oxunma sayı: 2757

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan tarixində əlamətdar hadisənin baş verməsi ilə yadda qalıb. Belə ki, azad Xankəndidə ilk futbol matçı keçirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın da stadiondan izlədiyi “Qarabağ” -MOİK qarşılaşması bütün ölkədə rezonans kimi qarşılanıb. Gündəmin əsas müzakirə mövzusuna çevrilən bu tarixi görüşlə bağlı müxtəlif şərhlər, fikirlər səsləndirilib. 

 “Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud “Real TV”də qonaq olaraq tarixi günlə bağlı fikirlərini səsləndirib:

“Şuşada bu qədər həyəcanlı olmamışdım. Futbolla peşəkar məşğul deyiləm, ancaq təbii ki, bu hadisə təkcə futbol deyil. Bu gün o stadiona təkcə futbola görə getməmişik. Tanrıya minnətdaram ki, bizim taleyimizə çox gözəl günlərin ssenarisini yazıb, onu reallaşdırmağı da cənab Prezidentin taleyinə yazıb. Zaman gələcək bizdən sonra yaşayan nəsillər bizə həsədlə baxacaq.  

Ermənilərlə aramızdakı ən böyük fərq budur. Onlar Qarabağda mina basdırırdı, biz isə top aparmışıq. Ancaq onların daşıdığı topdan yox”.