Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı

ogurladigi-dollarlarin-yerine-saxtasini-qoydu
Oxunma sayı: 1822

Paytaxtın Nəsimi rayonunda yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4300 dollar oğurlayıb.

O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əsginaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.